www.sinerjipro.net

SinerjiProWide
Reklam

f157İranın Müdafiə Nazirliyi “hava-yer” tipli “Nasr” qanadlı raketlərin istehsalına başlayıb.

Yaxın radiuslu “Nasr” qanadlı raketi hədəfi 35 kilometrdən məhv edə bilir.

Raketlərin istehsala başlamasına həsr olunan mərasimdə İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqan iştirak edib.

Nazir bildirib ki, Silahlı Qüvvələrin hərbi gücünün möhkəmləndirilməsi və müdafiə qabiliyyətinin artırılması üçün İranın raket potensialının inkişafı ölkənin müdafiə nazirliyinin əsas strategiyalarından biridir.

H.Dehqan həmçinin qeyd edib ki, “Nasr” qanadlı raketlərin Hərbi Hava Qüvvələrinə və İslam İnqilabı Keşikçiləri Korpusuna verilməsi onların operativ və taktiki imkanlarını əhəmiyyətli dərəcədə artıracaq(trend).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."