İranda dəhşətli edam – Peyğəmbərin ailəsini qoruduğu üçün öldürüldü – Video

Müəllif: Baş Redaktor

Baş Redaktor

110420İranda dəhşətli bir edam gerçəkləşib. Yenicag.az “Timetürk”ə istinadən bildirir ki, Bəhram Əhmədi adlı gənc edam edilib. 17 yaşında həbs edilən gəncin üç illik məhkəmədən sonra ailəsinə xəbər verilmədən 20 yaşında zindanda öldürüldüyü bildirilib.

Buna səbəb isə nə qədər qəribə də olsa, İran İslam Respublikasında Həzrəti Peyğəmbərin (s) ailəsini və xanımı Həzrəti Aişəni qoruması olub. Məzhəbçiliyin din yerinə keçdiyi İranda Həzrəti Aişəni müdafiə etdiyi üçün Bəhram Əhmədi rejim tərəfindən edam edilib.

Xəbərdə deyilir ki, Bəhramın meyidi ailəsinə verilməyib.

Qeyd olunur ki, qardaşı Şəhram da eyni “suç”-Sünni olmaqla ittiham olunaraq, edam olunacağı günü gözləyir.

Bəhram Əhmədinin vəsiyyəti isə internetdə ən çox izlənən videolar arasındadır.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir