!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda ölən Qorqud dəfn olundu – VİDEO

!Reklam – Yazi

12607308_955953504496971_516850006_nAğciyərinə düşən virus səbəbindən İran xəstəxanalarından birində dünyasını dəyişən azərbaycanlı körpə Qorqud Dadaşzadə bu gün Cəlilabad rayonunun Boyxanlı kəndində dəfn olunub.

Təbriz şəhərində “Kudəkan” xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində bu il yanvarın 21-də dünyasını dəyişən 10 aylıq körpə Qorqud Dadaşzadənin meyidini Bİləsuvar gömrük keçid məntəqəsində uşağın valideynlərini yaxınları qarşılayıb. Nəvə itkisinin ağır olduğunu deyən baba Siyasət Quliyev həkimlərin uşağın sağalacağına təminat verdiyini deyib. Həkimlər uşağın analizlərdən sonra xəstəliyin milçəkdən keçdiyini, müalicə olunaraq keçəcəyini bildirib. Daha sonra uşağa vurulan iynə onun ağ ciyərində problemlər yaradıb. Körpə Qorqud süni nəfəs aparatında 5-6 gün qaldıqdan sonra dünyasını dəyişib.

Qorqudun babası Siyasət Quliyev İranda xəstəxanada üzləşdiyi problemlərdən də söz açıb: “Gözlənilmədən xəstəxananın rəhbərliyi müalicə xərcləri üçün 15 min 500 manat pul istədi. Lazım olan məbləğ Bakıda adının çəkilməyini istəməyən bir şəxsin köməkliyi ilə ödəndi”.

10 aylıq Qorqud Dadaşzadə yanvarın 21-də günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində yerləşən “Kudəkan” (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. Adıçəkilən xəstəxananın uşağın cənazəsini borca görə yaxınlarına vermədiyi barədə məlumat yayılıb.

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv