www.sinerjipro.net

SinerjiProWide
Reklam

İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, 5 günlük müddət ötən gün axşam başa çatıb.

Bu müddət ərzində 1636 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçib ki, onlardan 137 nəfəri qadındır. Bu rəqəm öncəki prezident seçkiləri ilə müqayisədə rekord göstəricidir.

Ötən gün prezidentliyə namizədlərin qeydiyyatı ilə bağlı bir çox diqqət çəkən məqamlar olub. Ötən günün son saatlarında prezident Həsən Ruhaninin daha bir əsas rəqiblərindən sayılan Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf namizəd kimi qeydiyyatdan keçib. Məhəmməd Baqir Qalibaf, İbrahim Rəisi, Əlirza Zakani və Həmidrza Hacibabayi İslam İnqilabı Qüvvələri Cəbhəsindən namizədliklərini irəli sürüblər. Eyni cəbhədən namizədliyini irəli sürən bu 4 namizəd razılaşıb ki, seçki gününə kimi seçkilərdə hər hansı birinin qələbə qazanmaq şansı çox olarsa, digər namizədlər öz namizədliyini onun lehinə geri götürəcək.

Ötən gün İran prezidentinin birinci müavini İshaq Cahangiri də prezident seçkilərində iştirak üçün adını qeydiyyatdan keçirib. O bildirib ki, prezident Həsən Ruhanini dəstəkləmək məqsədi ilə namizədliyini irəli sürüb və bu yolda ona yardımçı olacaq. Namizədliyini qeydiyyata alan ölkənin digər önəmli siyasi simalarından mərhum Ayətullah Haşimi Rəfsəncaninin qardaşı Məhəmməd Haşimini göstərmək olar ki, o da prezident Həsən Ruhanini dəstəkləyənlər sırasındadır.

Ötən gün baş verən önəmli hadisələrdən biri də budur ki, Ali Liderin Ali Milli TƏhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili seçkilərdə iştirak etməkdən imtina edib.

Qeyd edək ki, İran Konstitusiyasına Nəzarət Şurası bu gündən namizədliyi qeydiyyata alınanlarla bağlı araşdırmaya başlayır. Şura aprel ayının 28-də səlahiyyəti təsdiq olunmuş şəxslərin adlarını elan edəcək. Adları təsdiq olunmuş namizədlər 20 gün müddətində təbliğat kampaniyası apara biləcək. Prezident seçkiləri may 19-da keçiriləcək.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."