!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandan amerikalılara viza qadağası

!Reklam – Yazi

Rəsmi Tehran prezident Donald Trampın İran da daxil olmaqla, 7 ölkənin sakinlərinə ABŞ-a girişini qadağan edən sərəncamına cavab olaraq amerikalılara viza verişini dayandıracaq.

AzVision.az xəbər verir ki, bu barədə fransız həmkarı Jan-mark Eyro ilə birgə keçirdiyi mətbuata konfransında İranın xarici işləri naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, burada müəyyən istisnalar da ola bilər.

“Əgər istisnalar olsa, onda bu İran XİN-i tərəfindən nəzərdən keçiriləcək, bundan sonra qərar veriləcək”, – deyə Zərif vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İraq, İran, Suriya, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının ölkəyə girişini qadağan edən fərmanı imzalayıb.

Yenicag.az

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv