!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandan Azərbaycana daha bir “Nardaran hücumu”-Aksiya-Fotolar

!Reklam – Yazi

121523_res_01Azərbaycanın İrandakı səfirliyinin qarşısında onlarla adamın iştirakı ilə etiraz aksiyası keçirilib.

Virtualaz.org saytının İranın “Səhər” telekanalına istinadən verdiyi xəbərə görə, aksiyada onlarla insan iştirak edib.

Məlumata görə, etirazçılar müxtəlif dini şüarlar səsləndirib və Nardaranda baş verənlərə görə Azərbaycandan izahat tələb ediblər.

Azərbaycan səfirliyinin mühafizəsini gücləndirmək üçün əlavə polis qüvvələri cəlb olunub.

Xatırladaq ki, bundan əvvəl də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında oxşar aksiya keçirilmişdi. Aksiya iştirakçıları Azərbaycan hüquq-mühafizə orqanlarının Nardaranda radikal dinçi ekstremistlərə qarşı keçirdiyi xüsusi əməliyyata etirazlarını bildirmiş, Azərbaycanda “dünyəvi dövlət quruluşunu ləğv edərək şəriət dövləti qurmağı” tələb etmişdi.

Onu da yada salaq ki, Nardaranda bir qrup islamçı ekstremist Azərbaycan polisinə silahlı müqavimət göstərərkən zərərsizləşdirilib. Əməliyyat zamanı ikisi polis olmaqla 7 nəfər həlak olub.

www.yenicag.az

906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv