Yazı İçi 468×60

123Zəlimxan Məmmədli: “İranın missiyası dünyanı xilas edəcək türk dünyasını çökdürməkdir, dünyanı cəhalətə, cəhənnəmə aparmaqdır”

İranın molla rejimi Azərbaycana qarşı çirkin addımlarını hələ də davam etdirir. Bu günlərdə İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Nardaranda baş verən hadisə ilə bağlı olaraq heç bir əsas olmadan Azərbaycan hökumətini tənqid edərək, hətta qəsəbə sakinlərini fəal olmağa səsləyib. Bununla rəsmi şəxslərin timsalında İran artıq neçənci dəfədir ki, Azərbaycanın daxili işlərinə müdaxilə edir.

Yenicag.az-a açıqlamasında “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, ni gün fars molla rejimi Rusiyanın timsalında xristian dünyası ilə birləşərək türk dünyasını parçalamaq yolunu tutub: “İran parlamenti rəsmisinin nardaranlıları fəal olmağa çağırması Tehran teokratiyasının, fars molla rejiminin türk düşmənçiliyinə işarəsidir, onun təsdiqidir. Bu o cümlədən Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir, ölkəmizdə destabilizasiya yaradacaq cərəyanın olduğuna bir sübutdur. Bu həmçinin müsəlmançılıq adı altında türk dünyasına qarşı düşmənçiliyin bariz nümunəsidir.

İran mahiyyət etibarı ilə yaranışından siyasi şiəliyə yiyələnərək, türkləri parçalamaq, diz çökdürmək üçün xristian dünyası ilə iş birliyindədir. İranın Azərbaycanın, türk milləti və türk dünyasının düşmənidir. Onun missiyası dünyanı xilas edəcək türk dünyasını çökdürməkdir, dünyanı cəhalətə, cəhənnəmə aparmaqdır. Bir zamanlar Elçibəylə bağladılar ki, o belə bir ifadə işlətdi, ona görə də indi İran belə axmaqlıqlar edir. Artıq tamam fərqli bir düşüncə Azərbaycan hakimiyyətindədir. Onda İran niyə yenə də burnunu soxur? Deməli, Əbülfəz Elçibəy düz deyirdi, haqqı söyləyirdi. Vaxtında bildirmişdi, Azərbaycan cəmiyyətini, zehniyyətini elə silahlandırmalıyıq ki, başqaları yad təfəkkürü din adı ilə Azərbaycana qəbul etdirə bilməsinlər. Hazırda İrandakı ayətullahların, o cür millət vəkillərinin bir əli də Borçalıdadır, orada da İslam adı ilə soydaşlarımızı parçalamaqla məşğuldurlar. Qum şəhəri ayətullahların çənəsinin altında Azərbaycan və bütöv türk dünyasına qarşı düşmən və cəsus hazırlamaqla məşğuldur. 35 milyonluq Azərbaycan türkü ayağa qalxmalı, haqq səsini qaldırmalı və istiqlalına qovuşmalıdır, proses də ona doğru gedir. İranın isə Nardarana burun soxmağa ixtiyarı yoxdur. Burada onların heç kimi yaşamır. Rus İran, “xristian-müsəlman” iş birliyinin hədəfi Azərbaycan və Türkiyədir. Son 300 ildə Rusiya ilə İranın iş birliyini ilk dəfə qıran türk oldu. Ona görə də türk olmağımla qürur duyuram. Yeni dönəm başlayır, Azərbaycan insanı səfərbər olunmalıdır. Nardaranda hər hansı bir formada Azərbaycan dövlətçiliyinə xələl gətirmək cinayətdir. İranın əli bir Nardaranda deyil, başqa yerlərdə də var. Azərbaycan milli təhlükəsizlik sistemi, cəmiyyətimiz, sivil toplum qurumları, siyasi partiyalar, media milli dövlətçiliyimizin üzərini almış təhlükələrə qarşı səfərbər olmalıdır”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."