!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın "əllər"i Cənubi Amerikaya uzanır – Peruda "Hizbullah" terrorunun qarşısı alındı

!Reklam – Yazi

Peruda həbs olunan “Hizbullah” yaraqlısının məhkəmə prosesində İranın bu ölkə ilə bağlı şok planları ifşa edilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 2014-cü ilin dekabrında Perunun paytaxtı Limada yaxalanan və üzərində xeyli partlayıcı maddə olan “Hizbullah” üzvü Məhəmməd Hemdar istintaq zamanı bu ölkəyə terror törətmək üçün gəldiyini etiraf edib.

Məlumata görə, M. Hemdar 2014-cü ilin dekabrında Limada təşkil olunan BMT İqlim Dəyişiklikləri toplantısı çərçivəsində terror hücumu həyata keçirtmək tapşırığı alaraq, saxta Syerra-Leone pasportu ilə Peruya göndərilib.

Qeyd olunur ki, İrana bağlı olan “Hizbullah”ın Cənubi Amerikada öz şəbəkəsini qurmaq cəhdi İranın bu qitədəki münbit şəraitdən istifadə niyyətindən qaynaqlanır. Tehranın 1980-ci illərin əvvəlindən etibarən, Cənubi Amerika ilə bağlı müəyyən planlar hazırladığı da qeyd olunur. Bildirilir ki, ötən müddətdə müəyyən hazırlıq işləri görən İran “Hizbullah”ın Argentina, Braziliya və Paraqvay sərhədlərinin kəsişdiyi ərazidə baza qurub.

Terror təşkilatı həmin bazada yerləşərək istər Şimali, istərsə də Cənubi Amerikada həyata keçirəcəyi aksiyaların maliyyələşdirilməsi üçün narkotik qaçaqmalçılığı ilə də məşğul olub.
Argentinalı prokuror Alberto Nisman başından aldığı güllə yarasından ölməzdən məhkəməyə bir sıra məxfi sənədlər təqdim etmişdı. Sənədlərə əsasən, Kristina Fernandes de Kirşner (o, sonradan ölkənin prezidenti seçildi -red.) 1994-cü ildə Buenos-Ayresdəki Yəhudi Mərkəzinin bombalanmasında İranıın rolunu gizlətmək üçün bu ölkə ilə gizli danışıqlar aparıb . A.Nismanın hazırladığı 500 səhifəlik dosyedə İranın Argentina və ümumilikdə, Cənubi Amerikada qurduğu terror şəbəkəsini ifşa etmişdi.

Məlumata görə, İranın Cənubi Amerikada terror fəaliyyəti sadəcə, adları çəkilən üç ölkə ilə məhdudlaşmır. Qeyd edilir ki, Venesuela prezidenti Nikolas Maduronun 2017-ci ilin yanvarında vitse-prezident təyin etdiyi Tarık əl-Aysami İran, Suriya və “Hizbullah”la yaxın əlaqələri, o cümlədən narkotik qaçaqmalçılığında şübhəli bilinərək, ABŞ-ın “qara siyahısı”na salınıb. Tarik əl-Aysaminin hətta Madurodan sonra Venesuela prezidenti olmaq ehtimalı onun təhlükəlilik dərəcəsini daha da artırır. O da bildirilir ki, əl-Aysami Araqua valisi olan zaman həmin şəhər İranın İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan Parçin Kimya Kompleksinin və pilotsuz uçan aparatlar istehsal edən Qüds Aviasiya Şirkətinin Venesueladakı mərkəzinə çevrilmişdi.

Araz
Yeniçağ.Az

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv