İranın rabitə naziri Azərbaycana gəlir

İranın rabitə naziri Azərbaycana gəlir

Müəllif: Redaktor

Baş Redaktor

trend_mahmoud_vaezi_200815_1Bu gün Bakıya İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti səfər edir. Bu barədə Trend Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Səfər dekabrın 29-dək davam edəcək.

Səfər çərçivəsində iqtisadi, ticarət və humanitar məsələlər üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının 11-ci iclası, Azərbaycan-İran biznes-forumu və rəsmi şəxslərlə görüşlər keçiriləcək.

İran nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına da səfər edəcək və burada bir sıra tədbirlərdə iştirak edəcək.

 

Yenicag.az

Gündəm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti