İranın türk vəkillərindən bəyanat – Terrora qarşı

Müəllif: Baş Redaktor

Baş Redaktor

ankara terror 15 mart yeniİranda türklərdən ibarət olan bir qrup vəkil Ankara, İstanbul, Brüssel, Bağdad, Lahore və s. kimi şəhərlərdə baş verən terror aktları ilə bağlı Bəyanat yayıb.

Bəyanatda bildirilir: “Hər kəs, başqa birisini öldürməyən və günahsız bir insanı qətlə yetirərsə, bütün insanları öldürmüş kimi olur. Və hər kəs başqa birisini ölümdən qurtararsa, bütün insanların həyatını qurtarmış olur. (Maidə surəsinin 32-ci ayəsi) Terror bəlası tarix boyu çox sayda günahsız insanın həyatına son qoyub və bir çox hüquq və təməl azadlıqları aradan qaldırmaq üçün bir hücum vasitəsi olub. Bundan başqa terror müxtəlif ölkələrin təhlükəsizliyi və onların ərazi bütövlüyü üçün bir təhdid olub. Hal-hazırda Yaxın Şərq ölkələri və hətta Avropa ölkələrində bir çox insan terror bəlasının qurbanı olub və olmaqdadır. Terror artıq bir təhlükə kimi milli müstəvidən beynəlxalq müstəviyə keçib və dünya üzrə barış və təhlükəsizliyi təhdid edir. Son vaxtlar Kürdistan özgürlük şahinləri (PKK terror qruplaşmasına bağlıdır), İŞİD və Taliban kimi terror qruplaşmaları Ankara, İstanbul, Brüssel, Bağdad və Lahoredə terror aktları törədərək çox sayda günahsız insanın ölümünə səbəb oldular. Biz İranda bir qrup türk vəkil, terror qruplaşmalarının bu cinayətkar əməllərini qınayaraq elan edirik: Müxtəlif millətlər, xüsusi ilə də Yaxın Şərq millətləri ilə yanaşı digər dövlətlər və beynəlxalq təşkilatlar da terrorizmə qarşı mübarizə aparıb və bunun kökünü qurutmağa çalışmalıdılar. Əks halda terror bəlası dünya ölkələrinə daha ağır zərbələr vuracaq. Ona görə də biz vəkillər terrorçuların qarşısında səssiz qalmağı, onlara haq qazandırmağı və bu zəmində ikili standard yanaşmasını həm insani və həm də hüquqi baximdan qəbul etmirik, bölgə və dünya dövlətlərini terrorizmə qarşı birgə mübarizə aparmağa çağırırıq.

İran türk vəkillər qrupu:

  1. Mehdi Cəfərzadə
  2. Cəfər Əfşarniya
  3. Raziyə Sərdari
  4. Cavanşir Tağızadə
  5. Saleh Heydri
  6. Əhməd Sarimi
  7. Nasir Şıxzadə
  8. Əli Əfrasyabi
  9. Əmirəli Bəxşi
  10. Həmid Valayi
  11. Rəsul Məhərrəmi
  12. Fatimə Səttari
  13. Məhəmməd Xacəvi
  14. Uumudəli Əmani
  15. Məhəmməd Əli Əzizi
  16. Səid Nurpur
  17. Məsumə Qsimi
  18. Dilcəvan Baqiri
  19. Rza Azəri Sufyani
  20. Əkrəm Əkbərzadə
  21. İhsan Ərjənk
  22. Səccad İslami
  23. Mehdi Aslani
  24. Solmaz Mehriban
  25. Baəhram Sultani
  26. Əhəd Niknam
  27. Səməd Aləmi
  28. Hamid Nüsrəti
  29. Mənuçehr Süleymani
  30. Nazila Nəcəfi
  31. Səid Hüsenpur
  32. Behzad Nəbati
  33. Qasım Bodi
  34. Fatimə Cəmalpur
  35. Həsən Cəfərpur
  36. Cahangir Əsədi
  37. Sanaz Sadiqi
  38. Bijən Nəsrullahi
  39. Mehdi Cəlili
  40. Əlirza İsmayılpur
  41. Seyyid Səid Səidi
  42. Məhəmməd Sadiqi
  43. Abbas İntizari
  44. Bəhmən Məhəmmədi

 

 

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır