www.sinerjipro.net

SinerjiProWide
Reklam

53315ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Şirkətin dəvəti ilə Bakıda işgüzar səfərdə olan İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun vitse-prezidenti Əmir Abbas Hüseyni və Neft mühəndisliyi araşdırma mərkəzinin direktoru Ezatallah Kazımzadəni qəbul edib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, görüş zamanı X.Yusifzadə iki dövlətin dostluq əlaqələrindən, neft sənayesi mütəxəssisləri arasında yaranmış münasibətlərin inkişaf etdirilməsinin vacibliyindən danışıb, əməkdaşlığın konkret istiqamətləri və gələcək planların tərtib edilməsi tapşırığını verib. Bildirilib ki, səfər çərçivəsində 2014-ci ilin sentyabrında ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” və İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat institutları arasında imzalanmış qarşılıqlı anlaşma memorandumun icrasının müzakirəsi məqsədilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və şirkətin digər qurumlarında görüşlər keçirilib. Hər iki tərəfin imkanlarını əks etdirən bir sıra prezentasiyalar təqdim edilib, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında əməkdaşlığın imkanları haqqında təkliflər hazırlanıb.

İşgüzar səfərin sonunda İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."