!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranlı ayətullah Azərbaycanın daxili işinə qarışdı, Şeyxi çətin vəziyyətdə qoydu

!Reklam – Yazi

 

10628533_817814161616817_2703814645480508141_nXəbər verdiyimiz kimi, İranın tanınmış müctəhidi Ayətullah Nuri Həmədani Azərbaycanda səfərdə olarkən, “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırzadə ona Azərbaycanı şikayət edib. Onun sözünü kəsən İran Mədəniyyət Mərkəzinin sədri Ocaq Nejat isə “bu barədə danışmışıq” deyə, bildirib.

Xəbərimiz yayınlandıqdan sonra redaksiyamızla əlaqə yaradan dindarların bildirdiyinə görə, Ocaq Nejat Tale Bağırzadənin kameralar önündə belə bir söhbət açacağıdan xəbərsiz olub və onu susdurmaq üçün bu varianta əl atıb.

Kameralar söndürüldükdən sonra Tale Bağırzadəni digər dindarlar önündə danlayan Ocaq Nejatın “Ev sahibindən qonağa şikayət etməzlər. Sənin bu fəaliyyətin bizim başımızı ağrıdacaq” deyib.

Lakin Tale Bağırzadəyə yaxın saytlar məsələni tam fərqli işıqlandıraraq, təkcə Ocaq Nejatı deyil, ayətullahı Azərbaycana dəvət edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəni də çətin vəziyyətdə qoyublar. Belə ki, AzadXeber.az-ın əməkdaşının verdiyi məlumata görə, “Ayətullah Həmədani görüşdə zindanda olan məhbuslar üçün dualar edib”.

Yəni, qonaq ev sahibinin daxili işlərinə açıq müdaxilə edib. Sayt yazır ki, “Görüşün sonunda “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırzadə Ayətullah Nuri Həmədaniyə yaxınlaşaraq səfəri zamanı daha 3 nəfər inanclının həbs olunduğunu diqqətə çatdırıb. Ayətullah Həmədani isə aldığı məlumatdan narahat olub”.

Yəni, videoda farsca səslənən fikirlər Tale Bağırzadəyə yaxın media qurumu tərəfindən bir daha təsdiqlənib.

Qeyd edək ki, Həmədanini tərcüməçi olaraq, Qafqaz Müsəlmanları İdarəsinin Fətva İdarəsinin əməkdaşı, QMİ-nin rəsmi internet saytında şəri sualları cavablandıran Mir Cəfər Əyyubov müşayiət edib. 

Xatırladaq ki, həbsdə olan “islamçı”lardan biri də QMİ-nin Nəşriyyat şöbəsinin müdir müavini, Video-elektron bölməsinin rəhbər Elşən Mustafayevdir.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc edə bilərik.

Yenicag.az

 

Videoya bu linkdən baxa bilərsiniz:

Azərbaycanlı ilahiyyatçı ölkəsini İrana şikayət etdi – SKANDAL VİDEO-FOTO FAKT

 

 

11949485_1489329271364786_8529582323720619801_n 11988694_1489329314698115_6690273323874712059_n

 

www.yenicag.az

1637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv