İraq hökuməti terrorçulara maaş verəcək

Müəllif: resul

Editor

isidİraq hökuməti İrana bağlı olan “Haşdi Şəba” terror təşkilatının silahlılarına əməkhaqqı verilməsi ilə bağlı qərar qəbul edib.

Yeniçağ.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraq parlamentində 2017-ci il üçün dövlət büdcəsi təsdiqlənib. Parlamentdə İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin lideri olduğu Kürdüstan Demokratik Partiyasının (KDP) etirazlarına baxmayaraq, qanun müzakirəsi zamanı terrorçulara əməkhaqqı verilməsi ilə bağlı qərar qəbul edilib.

Amma razılaşmaya baxmayaraq, 2 ildir İraq Kürd Muxtariyyətinin məmurlarının maaşları ləngidilir. Təsdiqlənmiş büdcəyə əsasən, sosial işçilərin maaşlarının və pensiyaçıların təqaüdlərindən 3,8 % azaldılacaq və buradan əldə olunan vəsaitin 60 faizi “Haşdi Şabi”yə veriləcək. KDP İraq büdcəsində Kürdüstan bölgəsinin diqqətdən kənarda qalması və 100 min peşmərgəyə maaş verilməməsi ilə bağlı qərarı baykot etmişdi.

Yeniçağ.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır