İraqda girov götürülən 16 türk azad edilib

İraqda girov götürülən 16 türk azad edilib

Müəllif: Redaktor

Baş Redaktor

mm1Bu il sentyabrın 1-də İraqda girov götürülən türk fəhlələr azad olunub.

Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. Hazırda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 70-ci sessiyasında iştirak edən Davudoğlu “twitter” səhifəsində yazıb ki, Türkiyə vətəndaşı olan 16 fəhlə Türkiyənin İraqdakı səfirliyinə təhvil verilib: “Onlardan bəziləri ilə telefonla danışdım, səhhətləri yaxşıdır. Ən yaxın zamanda vətənlərinə qayıtmaları üçün tədbirlər görülür”.

Türk fəhlələrin hansı şəkildə azad olunduqları açıqlanmayıb.

Qeyd edə ki, fəhlələr işlədikləri inşaat sahəsindən maskalı silahlı şəxslər tərəfindən oğurlanmışdılar.

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti