Ads by Google

hightechnic
Ads by Google

İraqda İŞİD terror qruplaşmasının səhra komandirlərindən biri məhv edilib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, Əbu Səyyaf ləqəbli səhra komandiri terrorçuların törətdiyi kütləvi qırğınların təşkilatçısı kimi tanınıb, silahlıların yaydıqları videogörüntülərdə yer alıb.

Məlumata görə, Əbu Səyyaf İraqın Naynava əyalətində İŞİD qüvvələrinə rəhbərlik edib.

Qeyd edək ki, oktyabrın 17-də Naynava əyalətinin inzibati mərkəzi olan Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."