www.sinerjipro.net

SinerjiProWide
Reklam

11933077_1060955573944315_837181674_nAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin dəstəyi, Altunay Əsgərin təşkilatçılığı ilə həyata keçirilən “Vətənimə xidmət edirəm” layihəsi yekunlaşıb.

“İrəli” İctimai Birliyindən verilən məlumata görə, layihənin məqsədi tutduğu vəzifəsindən, mövqeyindən və əqidəsindən asılı olmayaraq vətənə əzmlə xidmət etmək prinsiplərini təbliğ edərək gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək idi.
Bildiyimiz kimi son zamanlarda uğurla həyata keçirilən “Azərbaycan Gənclər Siyasəti”nin bir istiqaməti də çağırışa qədərki və həqiqi hərbi xidmətdə olan gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsiplərinin təbliğ olunması və onların ruh yükəsliyinin qaldırılmasıdır. Bundan irəli gələrək layihə çərçivəsində çəkiləcək olan video çarxda yuxarıda qeyd etdiyimiz prinsiplər gənclər arasında təbliğ edilib. Ərsəyə gələn video çarxda gördüyü işdən asılı olmayaraq vətəninə, xalqına ləyaqətlə ximdət edən insanlar cəmiyyətə bir nümunə kimi təqdim edilib. Sözügedən video çarxda müxtəlif peşə sahibləri (hərbiçi, müəllim, bağban, satıcı, jurnalist, tələbə, rəssam, dərzi, çörəkçi, həkim, polis, gəmiçi və s.) bir araya gələrək hərəsi öz sahəsində vətəninə layiqli vətəndaş kimi necə xidmət etdiyini nümayiş etdirib. Layihənin ana ideyası vətənpərvərliyin və vətənə xidmətin əsgər səngərləyirlə sərhədlənmədiyini göstərmək və vətənə xidməti hər birimizin gündəlik həyat tərzinə çevirməkdir.

11908163_1060955600610979_680771424_n 11908304_1060955590610980_142337338_n 11923404_1060955593944313_1016475222_n 11933077_1060955573944315_837181674_n 11949752_1060955583944314_1939690124_n 11950773_1060955580610981_52987833_n 11951085_1060955587277647_39551771_n

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."