Ads by Google

hightechnic
Ads by Google

65074“İrəvan – 2018” Hərəkatı yeni yaranmasına baxmayaraq, artıq ölkədə əzəli və əbədi Azərbaycan torpağı olan İrəvan şəhərinin Ermənistan paytaxtı kimi tanınmasının 100 illiyinin qeyd edilməsi məsələsi cəmiyyətdə aktuallaşmağa başlayıb.

Belə ki, artıq sosial şəbəkələrdə istifadəçilər bu hadisə ilə bağlı #iravan2018 haştağı ilə öz fikirlərini bildirir, bu hadisələrlə bağlı ciddi şəkildə müzakirələr və diskusiyalar aparırlar. “İrəvan – 2018” Hərəkatı bildirir ki, cəmiyyətdə mövzuyla bağlı yaranan bu aktivlikdən məmnundur. Hərəkatın təsisçisi, “Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu”nun sədri Zaur Qəriboğlu bu yöndə fəaliyyət göstərən bütün təşkilatların fəaliyyətlərini dəstəklədiklərini bildirir: ““İrəvan – 2018” Hərəkatı kiminsə adı ilə bağlı deyil. Bu ümumxalq qayıdış hərəkatıdır. Bu yöndə fəaliyyət göstərən bütün təşkilat və qurumları “İrəvan – 2018” adı altında birləşməyə dəvət edirik”.

Xatırladaq ki, indiyədək hərəkata ölkənin tanınmış ziyalıları, o cümlədən “Qarabağ Azadlıq Təşkilatı”, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi” kimi təşkilatlar da qoşulub. Əlavə hərəkata qoşulmaq istəyənlər iravan2018@iirins.org e-mail ünvanına yazaraq, qoşula bilərlər.

“Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu” İB Mətbuatla Əlaqələr Departamenti

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 119
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."