İrəvan yenə qarışdı – Xəsarət alanlar var (Canlı yayım, Yenilənib)

Müəllif: Redaktor

Editor

İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında polislə etirazçılar arasında toqquşmalar başlayıb.

Etirazçılar polisə daş və müxtəlif əşyalar atıb, polis havaya atəş açandan sonra işıq-səs qumbaralarından istifadə edib.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

***
20:58

İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsinin ərazisinə əlavə polis qüvvələri yeridilib

Eyni zamanda binanın yaxınlığında 200 etirazçı aksiya keçirir.

Onlar polisdən xüsusi əməliyyat keçirməməyi tələb edirlər.

Qeyd edək ki, artıq 4-cü gündür ki, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Silahlılar hazırda 4 nəfəri girov saxlayır.(APA)

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır