İrəvanda ara qarışdı-Xalq ayağa qalxdı-Fotolar

İrəvanda ara qarışdı-Xalq ayağa qalxdı-Fotolar

Müəllif: Redaktor

Baş Redaktor

727f20ada7b69fedcb6d75439d8ad246İrəvanın mərkəzindəki Bağramyan meydanında “Soyğunçuluğa yox” hərəkatının tərəfdarları elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirib.

Etirazçılar prezident sarayı qarşısında toplaşaraq dövlət başçısı Serj Sarkisyan ilə görüşün keçirilməsini tələb ediblər.

Məlumata görə, etirazçılar prezident sarayına yaxınlaşmağa cəhd etdikdə polis əməkdaşları icazəsiz aksiyanı dağıtmağa çalışıb, nəticədə qarşıdurma baş verib. Toqquşmalar zamanı bir neçə etirazçı xəsarət alıb. Qarşıdurma zamanı daha bir neçə etirazçının saxlanıldığı bildirilir.

Hazırda meydanda gərginlik qalmaqdadır. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib(APA).

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti