İrəvanda əhali yenə ayağa qalxdı – Fotolar

Müəllif: Redaktor

Editor

100930dfghErmənistanda konstitusiya islahatları əleyhinə mitinq keçirilib.

Məlumata görə, etiraz aksiyası İrəvanın Azadlıq meydanında baş tutub.

Aksiya Erməni milli konqresi, Ermənistanın Xalq partiyası və digər müxalif qruplar tərəfindən təşkil edilib.

Mitinqda çıxış edən Qarabağ müharibəsinin veteranı Smbat Akopyan bildirib ki, Ermənistanda konstitusiya islahatına ehtiyac yoxdur. Erməni milli konqresinin parlament fraksiyasının rəhəbri Aram Manukyan mitinq iştirakçılarını referendum zamanı düzgün seçim etmələrinə çağırış edib.

Mitinqdə saxlanılan olmayıb. Növbəti aksiyanın dekabrın 3-də keçiriləcəyi bildirilib.


İrəvanda mitinq

Bundan əvvəl Ermənistanda elektrik enerjisi tarifinin qaldırılmasına qarşı mitinqlər keçirilib.

Aksiyalar “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları tərəfindən təşkil edilmişdi.

Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsini və İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının buraxılmasını tələb ediblər.

Baqramyan prospektində kütləvi etiraz aksiyasını dağıtmaq üçün, Prezident Administrasiyasına doğru istiqamət alan nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb. Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%) bahalaşıb(ans)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir