İrəvanda yenidən etirazlar başladı

Müəllif: Redaktor

Editor

irevan etiraz yurusu (1)Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, etirazçılar Azadlıq meydanında toplaşıb hakimiyyət əleyhinə şüarlar səsləndirirlər.

Aksiya iştrakçıları polis idarəsini ələ keçirən silahlı qiyamçılara dəstək nümayiş etdirirlər.

Qeyd edək ki, bir qədər öncə İrəvanda polis binasını ələ keçirmiş silahlı qrup bu gün səhər saatlarından girov götürdüyü həkimlərdən biri, David Tonoyanı sərbəst buraxıb.

Silahlı qrup iyulun 27-də yaralılardan birinə tibbi yardım göstərmək üçün gəlmiş “Təcili yardım” briqadasını girov götürüb. Hazırda iki həkim və bir tibb bacısı girov qalmaqdadır. Silahlı qrup onları Səhiyyə naziri və cərrah briqadasına dəyişmək niyyətindədir.

Xatırladaq ki, iyulun 17-dən bir qrup silahlı şəxs İrəvan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır