!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İrəvanı yerlə-yeksan edərik" - Sarkisyanın "İskəndər" hədəsinə cavab

!Reklam – Yazi

“İsgəndər” məsələsinə həm Ermənistan cəmiyyətindən, həm də Azərbaycan tərəfindən reaksiyalar verildiyindən Sarkisyan indiki məqamda bu məsələni ortaya atıb.

Bu fikirləri azvision.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağa qanun səfəri zamanı Azərbaycanı “İsgəndər” raketləri ilə hədələməsinə münasibət bildirərkən deyib.

Polkovnik vurğulayıb ki, Ermənistan bütün imkanlarına görə Azərbaycanın qarşısında acizdir: “Azərbaycanın hərbi sənayesi inkişaf edib. Demək olar ki, biz öz silahlarımızdan istifadə edirik. Bizim hərbi sənayedə olan silahlar artıq müasir silahlara uyğun şəkildə istehsal olunur. Eyni zamanda bizim başqa ölkələrdən aldığımız silahlar Ermənistanın əldə etdiyi köhnəlmiş, anbarları boşaltmaq məqsədi ilə verilmiş silahlar deyil. Ermənistana verilən “İsgəndər”lər də ikinci buraxılışdır. Halbuki, hazırda beşinci buraxılış “İsgəndər”lərdən silahlanmada istifadə olunur. Ona görə də hesab edirəm ki, Sarkisyanın bu hərəkəti seçkiqabağı təbliğat kampaniyasıdır”.

Ş.Ramaldanov bildirdi ki, Sarkisyan öz hakimiyyətinin qorunması ilə məşğul olduğundan bu tipli bəyanatlar verir: “Ermənistanda Qarabağ klanının hakimiyyətdə olması və Qarabağ məsələsi cəmiyyəti bezdirib. Ermənistanda başa düşürlər ki, zaman onların xeyrinə işləmir. Sarkisyan sosial vəziyyəti yaxşılaşdıra, cəmiyyəti sakitləşdirə bilmədiyindən seçki öncəsi Qarabağ məsələsini yenə də əlində bayraq edib. Ona görə də “İsgəndər”lə Azərbaycana hədə-qorxu gəlir ki, dvidentlər qazansın. Hesab edirəm ki, prinsipcə Sarkisyan yeni heç nə demir. Sadəcə, Qarabağ məsələsini “kozur” kimi əlində saxlayır və ondan istifadə etməyə çalışır”.

Ş.Ramaldanov qeyd edib ki, “İsgəndər” raketləri dağıdıcı qüvvəsi ilə deyil, uzaq mənzilli olması ilə qiymətlidir: “Bu raketlər kütləvi qırğın silahlarının daşıyıcısıdır. Onu Ermənistana heç vaxt verməyəcəklər. Bu halda isə “İsgəndər” adi bir bombadır, onun dağıdıcılıq radiusu açıq sahədə 500 metrə qədərdir. Ona görə də Sarkisyanın bu sözlərini ciddiyə almaq lazım deyil. Digər bir tərəfdən əgər biz abstrak şəkildə düşünsək ki, Ermənistanda bu raketlər var və ondan istifadə edə bilərlər. Bu zaman Sarkisyan “İsgəndər” operativ-taktiki raketlərindən istifadə etsə belə istənilən nəticə əldə edə bilməyəcək. Birinci, bu silahlardan istifadəyə dair müəyyən məhdudiyyətlər var. İkinci, paradda istifadə olunan raketlərin Ermənistana məxsus olması sual altındadır. Üçüncüsü, bu silah Ermənistana məxsusdur. Yəni, qondarma rejimlə heç bir əlaqəsi yoxdur. Ermənistan bu silahdan istifadə etsə, nəzərə alsınlar ki, İrəvana daha yaxın olan Naxçıvan istiqaməti var. Zərurət yaranarsa, Naxçıvanda olan və dağıdıcılıq gücünə görə “İsgəndər”dən heç də geri qalmayan uzaq mənzilli silahlardan İrəvanı məhv edə biləcək zərbələr endirərik. Düşmənin bütün obyektlərini yerlə-yeksan edərik. Bunu hamı bilir”.

Qeyd edək ki, işğal olunmuş Dağlıq Qarabağda hərbçilər və onların ailə üzvləri qarşısında çıxış edərkən Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanı “İskəndər” raketi ilə hədələyib: “Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, “İskəndər” komplekslərinin tətbiqi barədə əmr verəcək”.

Yeniçağ.az

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv