İş adamı atasının qəbri üstündə özünü niyə güllələdi? – ŞOK TƏFƏRRÜAT

Müəllif: Baş Redaktor

Baş Redaktor

img1928044Baş Prokurorluq Ağdaşda intihar hadisəsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, hadisə oktyabrın 30-da Ağdaş rayonunun Güvəkənd kəndində baş verib. Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Mirələm İsmayılov saat 12 radələrində kənd qəbirstanlığında ov tüfəngindən atəş açmaqla intihar edib və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, əvvəllər Ağdaş və ətraf rayonlarda biyan bitkisi kökünün istehsal məqsədilə toplanması və təhvil verilməsi işi ilə məşğul olmuş M.İsmayılov başqa qadınla qeyri-rəsmi ailə qurmaqla azyaşlı övladının olması səbəbindən ailə üzvləri ilə aralarında ciddi narazılıqlar yaranıb. Bundan başqa, o, hərraca çıxarılmış avtomobillərin alqı-satqısı prosesində müstəqil ekspert kimi fəaliyyət göstərməklə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pullar alaraq geri qaytara bilməyib.

İlkin ehtimallara görə, M.İsmayılovun intihar etməsinin səbəbləri həmin xüsusatlardır. Lakin hadisənin digər səbəblərdən baş vermə fərziyyələri ətrafında istintaq tədbirləri davam etdirilir.

* * *15:27

Azərbaycanda sahibkar atasının qəbiri üstündə özünü güllələyib.

“Report” xəbər verir ki, intihar hadisəsi Ağdaş rayonunun Güvə kəndində baş verib.

Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Mirələm Davud oğlu İsmayılov kənd qəbirisanlığında atasının məzarı üstündə özünü güllələyib. Təklüləli ov tüfəngi mərhumun özünə məxsus olub.

Qeyd edək ki, İ.Mirələmov iki uşaq atası olub. O,biyan kökü toplama biznezi ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılılır


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir