www.sinerjipro.net

SinerjiProWide
Reklam

Uzun müddətdir mətbuatın gündəmindən düşməyən və Ağır Cinayətlər Məhkəməsi tərəfindən dələduzluğa görə azadlıqdan mərhum edilən (12 il) iş adamı kimi tanınan İlham Qasımovla bağlı ilginc məlumatlar dolaşmaqda davam edir. MTN işində zərərçəkmiş kimi adı keçən İlham Qasımovun hazırda təcridxanaxanda özünə şərait qurması və “krallar” kimi yaşadığı bildirilir.

AzToday.az-a adının açqılanmasını istəməyən məlumatlı mənbənin bildirdidiyinə dələduzluğa görə həbs edilən iş adamı hazırda Penitensiar Xidmətin xəstəxanasında xəstəlik adı altında yatır. Belə ki, məlumatda İlham Qasımovun vaxtı ilə Binəqədi rayonunda 16 mərtəbəli bina yanğınında həbs edilən vəzifəli şəxslərin saxlandığı binada qaldığı bildirlir. Həmin binanı isə yanğınına görə həbs edilən şəxslərin tikdirdiyi deyilir. İş adamı hər cür şəraiti olan otaqda qalması üçün ayda 3500 manatından keçir. Məlumatda həmçinin o da bildirilir ki, İlham Qasımovun “krallar yaşadığı” kovuşunda televizor, müasir hamam, çarpayı, mətbəx, soyuducu və bütün lazımı olan avdanlıqlar mövcuddur. Hətta iş adamının təcridxanada telefon işlətdiyi və Bakıdakı tikinti biznesini buradan idarə etdiyi də bizə çatan məlumatlar sırasındadır. Həbsxanada telefon işlətdiyini İlham Qasımov “MTN işi” ilə bağlı məhkəmə prosesində bildirmişdi. Böyük bir səhvə yol verdiyini anlayan iş adamı sonrakı prosesdə fikirlərinin təhrif olunduğunu iddia etmişdi.

Bu arada xüsusi olaraq qeyd olunmalıdır ki, İlham Qasımov böyük pullar hesabına mətbuatda özünün günahsız olduğunu sübut etdirməyə cəhdlər edir. Anası, bacısı və həyat yoldaşı, həmçinin onu müdafiə edən vəkillər dayanmadan dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətlər edərək İlham Qasımovun günahsız olduğunu, sifarişlə həbs olunduğunu və səhhətində problemlərini olduğunu bildirirlər. Sanki iş adamı mələk kimi saf, vətəni və dövləti sevən iş adamı olubdur. Halbuki məhkəmə proseslərində iş adamı dolayısı ilə Gülağa Tənhanı aldatdığını etiraf edərək, onun pulunu qaytarmağa hazır olduğnu bildirir. Belə ki, İlham Qasımov Ağır Cinayətlər Məhkəməsinin qərarından verdiyi Apelyasiya şikayətini ilə keçirilən son məhkəmə iclasında açıq şəkildə bildirmişdi ki, tanınmış iş adamı Gülağa Tənhadan 19 milyon vəsait həqiqətən alınıb. Ancaq həmin vəsiatin təhvil alınmasında və xərclənməsindən xəbəri olmayıb. Vəsaitləri “Real” MTK-nın direktoru olan bacısı oğlu Sahil Cahangirli və şirkətin baş mühasibi Ədilağa Hüseynov xərcləyiblər. AzToday.az-a İlham Qasımovu yaxından tanıyan iş adamlarından birinin dediyinə görə, tikinti sahəsində fəaliyyət göstərən hər kəs yaxşı bilir ki, “Real” MTK-nın əsl sahibi İlham Qasımov olub və onun icazəsi, göstərişi olmadan heç kəs bir qəpik vəsiat xərcləyə, kiməsə verə bilməzdi. Göründüyü kimi əslində İlham Qasımov son məhkəmə iclasılarında günahını boynuna almaqla bərabər, həmdə Gülağa Tənhaya dəymiş ziyanı ödəmək istədiyini belə açıq aşkar deyib.

Maraqlıdır ki, iş adamı atdığı 19 milyonu indi geri qaytarmaqla cəzadan qurtulacağını düşünürsə yanılır. Çünki hər hansı bir şəxs aldadılıbsa və qarşı tərəfin dəymiş ziyan ödənilsə belə günahkar layiq olduğu cəzasını çəkməlidir. İlham Qasımov atdığı pulları qaytarmamaqla yanaşı haray-həşir salaraq Gülağa Tənhanın və Baş Prokurorluğun idarə rəisi Müqəddəs Sultanovla birləşərək əmlakını ələ keçirmək istədiyini deyir. Özünün dediyi kimi yüz milyon dollarlıq əmlakı ola-ola şantaj yolu tutaraq maddi və mənəvi ziyan vurduğu adamların haqqını qaytarmır. Belə bir adam isə “MTN işi”ndə Akif Çovdarov başda olmaqla MTN bandasından verdiyi pulları tələb edir. Görünür, Akif Çovdarov iş adamının xislətinə bələd olduğu üçün ondan vaxtaşırı pul alırmış…

AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, İlham Qasımov etdiyi dələduzluqlar sonrası həbsə atılacağını bildiyindən dəyəri yon milyon dollarla ölçülən əmlaklarını qohumlarının adına keçirib. Amma iş adamının bu kələyi istintaqda məlum olub. Bu səbəbdən onun bəzi qohumlarının adına olan əmlaklara həbs qoyulub. İş adamı nəyin bahasına olursa olsun adına olan əmlaklarının məhkəmə qərarı ilə satılmasından narahat olduğu üçün məhkəmə-hüquq sistemi üzərində böyük təzyiq qura bilib. İlham Qasımov bu usulla hələlik istədiyinə nail olur… İş adamının həyat yoluna baxdıqda da görmək olur ki, iş adamının belə işlərdə xüsusi təcrübəsi var… Umumiyyətlə İlham Qasımovun necə iş adamı olduğu da istintaq tərəfindən araşdırılmalıdır.

Mətbuatda yayılan məlumatlara inansaq, İlham Qasımovun yaxınlarının adına olan aşağıdakı əmlakları var:

İş adamının anası Cəfərova Gözəl Məhəmməd qızının adına Bakı şəhəri, Nərimanov rayonu, Əbdülvahhab Salamzadə küçəsi 62 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Gözəl Cəfərova “Mil Düzü” MMC-də 100%, “Almaz-94” müstəqil kiçik müəssisəsində 55% payına sahibidir.

Qasımovun ikinci həyat yoldaşı olan Kəmalə Qasımova (Abbasova) da böyük varidatın sahibidir. Mərdəkan Qəsəbəsi Ə.Rəhimov küçəsi, döngə 1, 9 saylı yaşayış evi, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 1405 saylı bağ evi, Səbail rayonu Salyan şosesi, 32 saylı torpaq sahəsi, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 12 ünvanında yerləşən qeyri – yaşayış binası, 90 UB 110 dövlət nömrə nişanlı “VAZ – 2124” markalı avtomobil, 10 MB – 499 dövlət nömrə nişanlı M – 21 Volqa markalı avtomobil, 90 FS – 894 dövlət nömrə nişanlı “Catby Cabrio” markalı avtomobil, 90 KS 896 dövlət nömrə nişanlı “Panter Kalista” markalı avtomobil İlham Qasımovun həyat yoldaşlarından biri olan Qasımova Kəmaləyə məxsusdur.

İlham Qasımovun qızı Asiman Abdiyeva isə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 774 v saylı bağ evinin, 10 GB 010 dövlət nömrə nişanlı, “İnfiniti QX 56” markalı avtomobilin, 90 SP 094 dövlət nömrə nişanlı “Hyundai Sonata” avtomobilinin, 90 KS 895 dövlət nömrə nişanlı “Opel Speedster” avtomobilinin sahibidir.

Bundan başqa İlham Qasımovun oğlanlarının adına da çoxlu sayda var dövlət, birinci həyat yoldaşının adına külli miqdarda qiymətləndirilən obyektlər mövcuddur.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 122
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."