www.sinerjipro.net

SinerjiProWide
Reklam

Son illər bir sıra ölkələr ikitərəfli ticarəti milli valyutalarla həyata keçirtmək barədə düşünməyə başlayıblar. Bu günlərdə İranın iqtisadiyyat və maliyyə naziri Məsud Karbasian da bildirib ki, Tehran Bakıya ikitərəfli ticarətdə milli valyutalardan istifadə etməyi təklif edib.

Görəsən, belə bir təklifin reallaşması mümkündürmü?

İqtisadçı-ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, ticari əlaqələri dollarla deyil, milli valyutalarla həyata keçirtmək təklifləri daha çox siyasi xarakter daşıyır:

Natiq Cəfərli

“Ən çox da ABŞ-la münasibətləri pisləşən dövlətlər ticari əlaqələrdə milli valyutalardan istifadə məsələsini gündəmə gətirirlər. Amma onun reallaşması elə də mümkün deyil. Çünki ortalıqda ciddi texniki problemlər var. Həmin addımın gerçəkləşməsi iş adamları üçün əlavə problemlərin yaradılması anlamına gələcək. Məsələn, Çinlə Rusiya da ticarəti milli valyutalarla aparmaq barədə müqavilə imzalayıblar. Lakin bu günə qədər reallaşmayıb. Ona görə ki, həm rus rublunda, həm də Çin yuanında tez-tez məzənnə dəyişiklikləri baş verir, iş adamları da bu fonda itkilərə məruz qalırlar. Bu səbəbdən də onlar müqavilələri konvertə olunan valyutalarla, dollar və avro ilə bağlamağa üstünlük verirlər. İranla Azərbaycan arasında ticarət əlaqələrinin milli valyutalarla aparılması bu mənada qulağa xoş gələn faktor olsa da, texniki göstəricilər baxımından reallaşması o qədər də asan məsələ deyil. Hər iki ölkədə birjalar fəaliyyət göstərməlidir ki, iş adamları milli valyutalara çıxış imkanları əldə etsin. Ona görə də milli valyutalarla ticarətin siyasi bəyanatdan başqa bir şey olmadığını düşünürəm. Texniki problemlər həll olunmadan, hər hansı bir formada birja tərəfi nəzərə alınmadan prosesin realizə olunması asanlıqla başa gəlməyəcək. Ölkəmizdə olan iranlı iş adamı ödəniş etmək üçün manat lazım olduqda dolları gətirib, Azərbaycanda milli valyutaya çevirməklə haqq-hesab aparmalıdır. Bu da obrazlı desək, “sağ qulağı, sol əllə qaşımağa bənzəyir”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1237
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."