!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İş adamları əlaqələri genişləndirməlidir” – İlham Əliyev

!Reklam – Yazi

14773791401055559899_1000x669“Xorvatiya prezidentinin Azərbaycana səfəri yekunlaşmaq üzrədir. Artıq biz nəticələr barədə danışa bilərik. Nəticələr olduqca müsbət olub. Dünən çox gözəl müzakirələrimiz olub. İki tərəfli əlaqələr baxımından bütün mühüm məsələləri müzakirə etdik”.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib. Onun sözlərinə görə, müzakirələrdə iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirilib:

“Çox məmnunuq ki, bir qrup xorvat iş adamı Xorvatiya prezidentini müşayiət edir və bu gün bu biznes foruma qatılıb. Səfər çox uğurlu olub. Biz strateji tərəfdaşlığımızı bir daha vurğuladıq, əməkdaşlığımızın əsas istiqamətlərini müəyyən etdik. Biz dost, tərəfdaşıq. İş adamları bu gözəl imkanlardan istifadə edərək əlaqələri genişləndirməlidir. Çünki sərmayə qoyuluşu, birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir. Bizim keçmişdə də birgə layihələrimiz olub”.

İlham Əliyev bildirib ki, iki ölkə arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsi gündəmdədir: “Azərbaycanın iqlim şəraitindən istifadə və Xorvatiyadan müəyyən məhsulların idxal olunması təklifləri var. Əminəm ki, bu gün burada daha geniş müzakirələr aparılacaq. Burada qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət gedir. Biz Xorvatiyanın ixracından xəbərdarıq. Siz də bilirsiniz ki, Azərbaycan hansı məhsulları ixrac edir. Bu forumda bu istiqamətlərə diqqət yetirilməlidir.

Forumda qarşılıqlı sərmayə qoyuluşu da nəzərdən qaçmamalıdır. Biz ölkəmizdə yeni sənaye sahələrinin yaradılmasında maraqlıyıq. Burada əczaçılıqdan söhbət gedir. Xorvatiyanın bu sahədə böyük təcrübəsi var. Bu baxımdan idxaldan asılı ölkəyik. Düşünürəm ki, dərman istehsalı sahəsində birgə müəssisələrin yaradılması bizim üçün faydalı olar. Çünki əhalimizin sayı artıq 10 milyon nəfərə çatır”.

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv