www.sinerjipro.net

SinerjiProWide
Reklam

isaqov isden ayrldiPenitensiar xidmət rəisinin Mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov vəzifəsində ayrılıb.

AzVision.az xəbər verir ki, Y.İsakov bu barədə sosial şəbəkədəki hesabında məlumat yayıb:

“Bu gün 2 il çalışdığım kollektivdən ayrıldım. Müstəqiı jurnalist fəaliyyətinə qayıtmaq arzum Penitensiar xidmət rəhbərliyi tərəfindən tam anlayışla qarşılandı. Doğrusu, bu cür təntənə ilə yola salınmağımı gözləmirdim. Hörmətli ədliyyə general-mayoru Hüseyn Əlixanova dərin təşəkkürümü ifadə edirəm. 2 il ərzində bizim aramızda tək rəis-işçi münasibəti yox, həm də dostluq əlaqələri olub. Mən isə hazırda bir müddət əvvəl fəaliyyətini dondurduğum Press24.az saytını bərpa etmək fikrindəyəm”.

Qeyd edək ki, Yaşar İsakov “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, “Day.az”, “1News.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.

Həmçinin İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyində çalışıb, Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 134
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."