Ads by Google

hightechnic
Ads by Google

isayevBakıda keçirilən taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi bu gün başa çatacaq. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günündə daha 4 çəkinin qalibinin adına aydınlıq gələcək.

Bu çəki dərəcələrindən 3-də Azərbaycan da təmsil olunacaq.

Kişilər
68 kq
Dünya reytinqində 12-ci yerdə qərarlaşan Ayxan Tağızadə ilk qarşılaşmasında cənubi koreyalı Seok-Bae Kimlə üz-üzə gəlib. Təəssüf ki, Avropa Oyunlarının qalibi startdaca büdrəyib. Həmyerlimiz 3:9 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

+80 kq
Olimpiya çempionumuz Radik İsayevin yarışda debütü uğurlu alınmayıb. Öz çəkisinin lideri gözlənilmədən Roman Kuznetsova uduzub. Rusiyalı taekvondoçu 3:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Qadınlar
57 kq
Xanım taekvondoçuların mübarizəsində ölkəmizi təmsil edən Yaprak Eriş 1/8 finalda Hedaya Malakla (Misir) üz-üzə gələcək.

Qeyd edək ki, yarışın ilk günündə Milad Beiqi Harçeqani (80 kq) çıxışını qızıl medalla başa vurub.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.