!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşçi qrupu toplandı, əfv müzakirə edilir – Yenilənib

!Reklam – Yazi

6Cm5xRgyYwvZ (1)“Tyorbyorn Yaqland öz nümayəndəsini geri çağırır. Sonradan isə həmin nümayəndəni yenidən Azərbaycana geri qaytarır. Bu, qəribə və başadüşülməzdir”.

Bunu Birgə İşçi Qrupun bu gün keçirilən iclasında qrupun həmsədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidov deyib ki, İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrup nə Avropa Şurası, nə Avropa Birliyi, nə də digər beynəlxalq təşkilatlar üçün yaradılıb: “ Bu qrup Azərbaycanda insan hüquqları problemlərinin həlli üçün müvafiq qurumlara tövsiyə vermək üçün formalaşıb. Ona görə də Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın öz nümayəndəsini qrupdan geri çağırması bizim üçün əhəmiyyətli məsələ deyil”.

Onun sözlərinə görə, qrup öz fəaliyyətini davam etdirəcək: “Bu qrup Azərbaycanda insan haqlarını qorunması ilə bağlı müvafiq qurumlara qərar qəbul etmək üçün tövsiyələr verəcək. İşçi qrupunun 10 nəfərdən ibarət üzvü var idi. Onlar geri çağırılıb. Bu bizim üçün əhəmiyyətli deyil. Yaqlandın nümayəndəsinin İşçi qrupunda iştirakı bizim xoş niyyətimizdən xəbər verirdi. İşçi qrup heç kim üçün fəaliyyət göstərmir. Biz bunu ona görə yaratmamışıq ki, burada kimsə iştirak etsin. Bu, bizim daxili məsələmizə görə yaradılıb”

Birgə İşçi Qrupun üzvü, deputat Azay Quliyev isə deyib ki, bu qrup Azərbaycanda daxili mexanizm kimi yaradılıb və elə daxili mexanizm kimi də fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, İşçi Qrupun fəaliyyəti Azərbaycan daxilində dialoqun gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir:

“Ancaq İşçi Qrupa qarşı müxtəlif təzyiqlərin şahidi oluruq. Yaqlandın öz nümayəndəsini geri çağırması bizi təəssüfləndirdi. Biz beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olduğumuzu bildiririk. Beynəlxalq təşkilatlar isə bu əməkdaşlıqda niyyətli olmadıqlarını göstərdilər”.

Daha sonra bəyanatla çıxış edən Səməd Seyidov bütün beynəlxalq təşkilatlara o cümlədən Avropa Şurasına müraciət edib. O, bildirib ki, heç kimin təsiri altında olmayan İşçi Qrup fəaliyyətini davam etdirəcək: “İnsan haqları alətə çevrilə, bundan istifadə edərək dövlətlərə təzyiq edilə bilməz”.

Qeyd edək ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş işçi qrupun iclası prezident İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini 2014-cü il oktyabrın 22-də yenidən bərpa edib.
**

Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilir.

İclasda İşçi Qrupunun üzvləri olan hakimiyyət nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edir.

İclasa Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sədrlik edir.

İşçi qrupunun iclasında əfvlə bağlı məsələyə baxılır.(Azvision)

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv