Ads by Google

hightechnic
Ads by Google

hefteichiii“Həftə içi” qəzetinin kollektivinin 10-a yaxın əməkdaşının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Qəzetdən AzNews.az-a verilən məlumata görə, maliyyə problemləri ilə üz-üzə qalan mətbu orqan bundan sonra 4 səhifədə çıxacaq. Bundan başqa, hazırda qəzetdə çalışan əməkdaşların əmək haqları azaldılıb.

İxtisar məsələsinə gəlincə isə ancaq hafta.az saytının redaktoru Səbinə Əvəzqızının işdən çıxarıldığı bildirilir. Onun hazırda “Lent.az” saytında redaktor kimi fəaliyyətə başladığı deyilir. Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu AzNews.az-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, S.Əvəzqızı dünəndən etibarən saytın redaktoru vəzifəsində çalışır.

Məlumata görə, qəzetin işdən çıxarıldığı deyilən əməkdaşı Tural Turan xəstədir və yaxın günlərdə işə çıxacaq, Xəyal Əzizov isə işdən çoxdan ayrılıb.

Xatırladaq ki, bu gün “Həftə içi” qəzetinin 10-a yaxın əməkdaşının maliyyə problemlərinə görə işdən çıxarıldığı barədə məlumatlar yayılıb. Bildirilir ki, qəzetin də, onun tərkibində olan hafta.az saytının da redaktorları daxil olmaqla, bütün müxbirləri kollektivdən uzaqlaşdırılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."