yenicag.az
yenicag.az

İşdən çıxarılan baş həkim danışdı

İşdən çıxarılan baş həkim danışdı

Müəllif: Redaktor

Editor

sabithusss5“Səhhətimlə əlaqədar olaraq baş həkimlikdən istefa verdim”.

Yenicag.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) baş həkimi Sabit Hüseynzadə deyib. O qeyd edib ki, öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazıb. “İşimdə heç bir problem olmayıb. Ümumiyyətlə işlədiyim bir il müəddətində məndən narazılıq, mənə qarşı irad olmayıb. Sadəcə səhhətimlə əlaqədar və rahat həkim fəaliyyətimə davam etmək üçün işdən ərizə yazdım”.

S.Hüseynzadə bundan sonra 1 saylı Klinik Tibbi mərkəzdə həkim olaraq fəaliyyətinə davam edəcəyini bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sabit Hüseynzadə öz xahişi ilə işdən çıxmaqla bağlı ərizə yazıb. “Tibbi Mərkəzin baş həkimi vəzifəsi müvəqqəti olaraq II cərrahiyyə şöbəsinin müdiri Ədalət Dadaşova tapşırılıb. Savadlı həkimdir, elmlər doktorudur”.

Qeyd edək ki, S.Hüseynzadə baş həkim vəzifəsinə ötən ilin sentyabr ayında təyin olunmuşdu.

Cəmiyyət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti