www.sinerjipro.net

SinerjiProWide
Reklam

maxresdefault“Xocalı soyqırımı həm də beynəlxalq terror aktıdır. Beynəlxalq terrorçuluğun digər cinayət əməllərindən əsas fərqi ondadır ki, bu prosesdə eyni vaxtda 3 tərəf iştirak edir”.

Bu barədə açıqlama ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov çıxış edib.

E.Nəsirov bildirib ki, terrorçular, onlar qətlə yetirdikləri qurbanları və sağ qalmış insanlar: “Paradoks ondadır ki, terrorçuların əsas hədəfi heç də öldürdükləri deyil, sağ qalmışlardır. Qətllər nə qədər qəddarcasına olsa, rezonansı daha da böyük olacaq və sağ qalmışlar xilas yolunu canını qaçıb qurtarmaqda görəcəklər. Nəticədə torpaqlar yiyəsiz qalacaq və işğal aktına “yaşıl işıq” yandırılmış olacaq. Xocalıdan sonra torpaqlarımızın işğalı bu sxem üzrə həyata keçirilmişdir. Lakin dünyada başqa bir mistik həqiqət də var: qan heç vaxt yerdə qalmır. Zombiləşmiş Serj Sarkisyan, onun həyat yoldaşı, 2 qızı və digər tör-töküntüləri gərək heç vaxt bu REALLIĞI unutmasın!!!”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."