!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşğal altında olan Dağlıq Qarabağda iğtişaş

!Reklam – Yazi

88815Ermənistanda fəaliyyət göstərən “Rejimsiz 100 il” hərəkatının aksiya keçirmək istəyi polis hücumu və silahla qarşılanıb.

Təşkilatçıların hələ yanvarın 19-da keçirməyi planlaşdırdıqları avtoyürüşü qondarma “Dağlıq Qarabağ” separatçı rejiminin nümayəndələri təxirə salıblar. Onlar bu yürüşün Ermənistanın işğal etdiyi ərazilərdə məskunlaşmış ermənilərinin rəsmi İrəvana olan “inam və etimadını sarsıda biləcəyini” bildiriblər. Buna görə də yürüşün təşkilatçılarından biri olan Jirayr Sefilyana müraciət edərək, tədbiri keçirməməyə çağırıblar.

Təşkilatçılar bu gün yürüşü keçirməyə qərar veriblər. Lakin separatçı rejimin nümayəndələri 43 avtomobildən ibarət maşın karvanının işğalda saxladıqları Azərbaycan şəhəri Şuşaya girişinin qarşısını alıb.

Məlumata görə, maşın karvanı ərazidəki yüksəkliyə yaxınlaşdıqda mülki geyimli, üzü maskalı silahlı şəxslər və yüzlərlə polis onlara hücum edib.

“Jirayr Sefilyan və digərləri maşınlardan düşərək silahlı şəxslərlə danışmağa cəhd edib, lakin bu an əraziyə gələn yüzlərlə polis və hərbçi maşınlarda olan qadın və uşaqları döyməyə və daşqalaq etməyə başladı. Onlar bizi təhqir edərək, maşından çıxarmağa çalışırdılar. Maşınlarda olanların telefonlarını, sürücülərdən avtomobillərin açarlarını götürdülər. Belə bir şey heç martın 1-də də olmamışdı, bu 1 Mart hadisələrinin daha kobud təkrarı idi. Jurnalist Anuşav Şahnazaryanı hazırda xəstəxanaya aparılır. O baş nahiyəsindən xəsarətlər alıb, başdan-ayağa qan içindədir”, deyə hərəkat üzvü Süzan Simonyan.

Məlumatda qeyd olunub ki, Jirayr Sefilyan və yürüşün digər üzvləri də xəsarət alıb.

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv