www.sinerjipro.net

SinerjiProWide
Reklam

Ermənistanda yerləşdirilmiş “İsgəndər” raketlərində nüvə başlıqları quraşdırılmasının mümkünlüyü İrəvanı Qərbin hədəfinə gətirir.

ABŞ-da çıxan “Washington Times” nəşrində gedən məqalədə qeyd olunur ki, Ermənistanın əldə etdiyi “İsgəndər” raket komplekslərinə nüvə başlığı quraşdırması regionda nüvə müharibəsi təhdidi yaradır. Nəşrdə o da vurğulanıb ki, Qara dəniz və Xəzər dənizi arasında uzanan Qafqaz dağları Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəli oyunları səbəbindən tezliklə nüvə partlayışlarının olacağı məkana çevrilə bilər. Ermənistanın Rusiyadan “İsgəndər” raketlərini alması Moskvanın Avrasiyada və Yaxın Şərqdə raket kompleksləri yerləşdirmək və Qərb maraqlarına təhdid xarakteri daşımaqla bağlı siyasi xəttinə əsaslanır. Bu açıqlamadan görünür ki, Ermənistan hazırda nəinki təkcə bölgə, habelə dünya üçün ciddi təhdid mənbəyinə çevrilməkdədir. Bu mənada Qərbin Rusiya ilə qarşıdurma fonunda Ermənistana qarşı da müəyyən təzyiq xarakterli addımlar atacağını gözləmək olarmı?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib ki, Qərbin Moskvaya yönələn təzyiqləri Ermənistanda yerləşdirilən “İsgəndər” raketlərində nüvə başlıqlarının quraşdırılmasına görə İrəvana qarşı da yönələ bilər:

“Artıq Ermənistan mətbuatı da qeyd edir ki, işğalçı ölkə iki istiqamətdə ciddi təhlükə hədəfinə çevrilə bilər. Birinci istiqamət onunla bağlıdır ki, Suriya böhranı fonunda ABŞ-Rusiya münasibətləri gərgin müstəviyə keçir. Artıq sanki soyuq müharibə dövrünə qayıdırıq. ABŞ-Rusiya münasibətləri soyuq müharibənin başa çatmasından sonra heç zaman indiki qədər gərgin və mürəkkəb olmayıb.

Belə olan təqdiqdə ABŞ başda olmaqla Qərb dövlətləri Rusiyaya yeni sanksiyalar tətbiq edə bilər. Bu barədə Qərb dairələrində müəyyən məsləhətləşmələr də getməkdədir. Rusiya iqtisadiyyatı hazırda özünün çətin dövrünü yaşayır. Yeni sanksiyalar isə bu ölkənin iqtisadiyyatını daha ağır duruma, iflic vəziyyətinə sala bilər. Ermənistan iqtisadiyyatının birbaşa olaraq Rusiya iqtisadiyyatı ilə bağlı olduğunu nəzərə alsaq, sanksiyaların güclənməsi fonunda ən böyük zərbələrdən biri həmçinin Ermənistana dəyəcək.

İndinin özündə belə Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir, əsas zərbələrdən birinin ona dəyməsilə bu ölkənin iqtisadiyyatı tamamilə çökəcək. Yəni ABŞ- Rusiya qarşıdurması birmənalı şəkildə Ermənistan iqtisadiyyatına da ağır zərbə vuracaq. Erməni ekspertlərin qeyd etdiyi ikinci istiqamət isə onunla bağlıdır ki, ABŞ-ın nüfuzlu kütləvi informasiya vasitələri Rusiyaya qarşı təzyiqlər fonunda artıq Ermənistanın da adını tez-tez çəkməyə başlayıblar. Xüsusilə də Moskvanın Ermənistanda yerləşdirdiyi “İsgəndər” raketlərinin region və kənar ərazilər üçün güclü təhlükə mənbəyi olduğu qeyd olunur.

Yəni Rusiyanın “İsgəndər” raketləri harda yerləşdirilirsə, ora artıq Qərb üçün təhlükə mənbəyi hesab olunur. O səbəbdən bu raketlərdə nüvə başlıqlarının yerləşdirilməsi mümkündür. Bunun reallaşacağı təqdirdə isə halda isə həmin raketlərin yerləşdiyi ərazi birbaşa təhlükə mənbəyinə çevrilir. Ermənistanda yerləşdirilən “İsgəndər” raketləri birbaşa Rusiyanın nəzarətindədir. Belə olan təqdirdə, Rusiyaya qarşı təzyiqlərin onun nəzarətində olan Ermənistana qarşı yönələcəyi də son dərəcədə real görünür.

Ermənistan mətbuatı da bu barədə həyəcan təbili çalır və qeyd edir ki, Moskvanın apardığı siyasət üzündən Ermənistan özünün Qərbdəki dostlarını, o cümlədən ABŞ-ı da itirməyə başlayır. Göründüyü kimi, Ermənistanın yeritdiyi aqressiv siyasət və onun müstəqil dövlət olmaması ona gətirib çıxarıb ki, Qərbin Rusiya ilə artan ziddiyyətləri fonunda təzyiqlərə məruz qalan tərəflərdən biri də Moskva ilə birlikdə, məhz İrəvan olacaq. Ermənistan ərazisində yerləşdirilən “İsgəndər” raketlərində nüvə başlıqlarının quraşdırılmasının mümkünlüyü səbəbindən artıq qlobal təhlükə mənbəyinə çevrilməyə başlayıb. Bu mənada ABŞ-ın nüfuzlu qəzetinin həyəcan təbili çalması təsadüfi sayılmamalıdır”.

ELÇİN

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."