!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD 250 qadını edam etdi – Seks-köləlikdən imtinaya görə

!Reklam – Yazi

pic_c0b4e9d4766477b9668b1d9095873a7bMosulda İŞİD terror qruplaşmasının yaraqlıları seks-kölə olmaqdan imtina edən 250 qadını edam edib.

“Qafqazinfo” rus mediasına istinadən xəbər verir ki, bu barədə Kürdüstan nümayəndəsi Səid Məmuzin məlumat verib. Onun sözlərinə görə, qruplaşma üzvləri qızlar və qadınları müvəqqəti nikaha daxil olaraq, onların kənizi olmağa məcbur ediblər.

“Seks-cihad”dan imtina edənlər və onlardan bəzilərinin ailə üzvləri də qadınlarla birgə edam ediliblər. Kürd muxtariyyətinin digər nümayəndəsi isə bildirib ki, Mosul şəhərində qadınlara tək başına evdən çıxmaq, ictimai yerlərdə üzü, başı açıq görünmək, eləcə də, özünə sərbəst şəkildə ər seçmək qadağan edilib.

www.yenicag.az

841
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv