!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD Avropa çempionatında terrora hazırlaşır

!Reklam – Yazi

isid lideri olduruldu 18İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının yaraqlıları Fransada keçiriləcək futbol üzrə Avropa l çempionatı zamanı silsilə terror törətməyə hazırlaşır.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa daxili kəşfiyyatının rəhbəri Patrik Kalvar bəyan edib.

“Biz bilirik ki, İŞİD yeni hücumlar hazırlayır, Fransa əsas hədəfləri arasındadır”, – o, deyib.

Onun sözlərinə görə, yaraqlılar taktikanı dəyişmək niyyətindədir: onlar yenidən adamların çox yığışdıqları yerlərdə partlayışlar törətməyə hazırlaşırlar, məqsədləri cəmiyyətdə vahimə atmosferi yaratmaq niyyətindədirlər.

Avropa çempionatı iyun ayının 10-da başlayacaq və bir ay davam edəcək.

Fransanın 10 stadionunda keçiriləcək oyunlara 2,5 milyon azarkeşin gələcəyi gözlənilir. 2015-ci il noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. Nəticədə 130 nəfər həlak olub, 350-dən çox adam yaralanıb.


Отправлено из Быстрого блокнота

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv