Yazı İçi 468×60

67189-300x185İŞİD terror qruplaşması bildirib ki, onun dörd min üzvü hal-hazırda Avropadadır.

İŞİD üzvləri Avropaya miqrant qismində daxil ola biliblər. Bu barədə terror qruplaşması özü danışıb və faktı təsdiqləyib. Onlar bildiriblər ki, silahlılar əvvəlcə gizli yolla Türkiyəyə, sonra isə Avropaya daxil ola biliblər.
İŞİD terror qruplaşması bu gün dünya təhlükəsizliyinin əsas təhdidlərindən biridir. Üç il ərzində terrorçular İraqın və Suriyanın əhəmiyyətli ərazilərini tutmağı bacarıblar. Bundan başqa, onlar Şimali Afrika ölkələrində , xüsusən, Liviyada öz təsirini yaymağa çalışırlar.

Bu terror qrupu ilə mübarizənin bir cəbhəsi yoxdur: onlarla Suriya və İraqın hökümət qoşunları, ABŞ-in başçılığı ilə beynəlxalq koalisiya havadan zərbə ilə, kürdlər, Livanın və İraqın şiə yığma döyüşçüləri mübarizə aparır. Bu uzunmüddəli mübarizə minlərlə dinc sakinin ölümünə, milyonlarla insanların qaçqın düşməsinə səbəb olub.
Avropa Birliyi ona üzv ölkələrə miqrantları qəbul etmək üçün sərhədləri açmağı tapşırıb. Ötən həftədən Avropaya minlərlə miqrant gəlib. Amma terrorçuların ölkələrinə daxil olmasından ehtiyat edən Avropa ölkələri artıq sərhədləri bağlamaq niyyətindədirlər(ans).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."