yenicag.az

İŞİD Azərbaycanda bu şəxsləri ölümlə hədələyir – ŞOK FOTOLAR

İŞİD Azərbaycanda bu şəxsləri ölümlə hədələyir – ŞOK FOTOLAR

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

89070İŞİD artıq Azərbaycanda öz dişini göstərməkdədir. Belə ki, sərhədlərimizdən kənarda olduğu düşünülən terror örgütünün simpatizanları getdikcə artmaqdadırlar. Terrora qarşı mübarizə aparan din xadimləri, ilahiyyatçılar, jurnalistlər və dövlət adamlarını hədəf seçən bu şəxslər sosial şəbəkələr vasitəsilə hədələməkdən də çəkinmirlər.

Yenicag.az-a daxil olan məlumara görə, “Whatsapp”da +16133177269, +16133177211, +15143178530, +16139176799, +16133176038, +16133175174, +16133175201, +16133175790,  +380 95 569 8319 telefon nömrələri ilə qeydiyyatdan keçən və özünü “Vüqar Azəri Müslim Bakı” kimi təqdim edən şəxs hədələyici statuslar paylaşmaqdadır.

Həmin şəxs dövlət və hökumət rəhbərlərinin, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin, Azərbaycanda Yəhudi İcmasının sabiq lideri Semen İxilovun və başqa tanınmış şəxslərin fotolarının qarşısına snayper qoyaraq, hədələr yağdırır.

Maraqlıdır ki, bu barədə dəfələrlə, hüquq-mühafizə orqanlarına müraciət edilsə də, şəxs haqqında heç bir tədbir görülməyib. Əvəzində isə həmin şəxs daha da azğınlaşaraq, ondan şikayət edənləri “övladının başını kəsməklə” hədələyib.

Göründüyü kimi, Azərbaycan tolerantlıq yolunu seçsə də, “Əl-Qaidə”, İŞİD ideologiyası ölkəmizdə ayaq tutub yeriməkdədir.

Mənbənin sözlərinə görə, başqa ölkələrdən alınan telefon nömrələri ilə “Whatsapp”ı qeydiyyatdan keçirən şəxs Azərbaycandadır. Belə ki, həmin şəxsin terrora qarşı ideoloji mübarizə aparan bir sıra şəxsləri izlədiyi də məlum olub. Onun Azərbaycanda radikal dindarların ideoloqlarından olan Ə.M.-nın Suriyaya gedib-qayıdan tələbələrindən olduğu da güman edilir. Belə ki, onun bir sıra ilahiyyatçılara yazdığı mesajlarda radikal liderin dəst-xətti özünü açıq şəkildə büruzə verməkdədir.(veteninfo.az)

Yenicag.az

 

Cəmiyyət, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti