!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD Azərbaycanlı “qanuni oğru”larla anlaşır

!Reklam – Yazi

isid-ceteleriAzərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Tolik Noginski” kimi tanınan 1983-cü il təvəllüdlü Taleh Dağlıyevin yaxın dostları İraqda həbs olunublar

Bu barədə Rusiyanın Bağdaddakı səfirliyindən bildirilib.
Saxlanılanlar “qanuni oğrular” – “Tsirkaç” ləqəbli Oleq Piroqov və “Sezar” ayaması ilə tanınan Viktor Jarinovdur. Onlar İŞİD-lə əlaqədə təqsirləndirirlər.
Onlar vəkillə təmin olunalar da, çox ağır şəraitdə saxlandıqları qeyd olunur. İdmançı bədən quruluşlu şəxslərin 50 kiloqrama qədər arıqladıqları deyilir. Piroqov və Jarinov Ərbil şəhərindəki həbsxanada cəza çəkirlər.
Kriminal avtoritetlərin yaxınları onların heç birinin terror təşkilatları ilə əlaqədə olmadıqlarını açıqlayıblar. Onlar İraq ərazisinə Türkiyə ərazisindən daxil olublar.
Bu ilin fevral ayında Türkiyənin Antalya şəhərində “qanuni oğru” “Vadik Krasnodarski” ləqəbli Vadim İvanenko güllələnərək qətlə yetirilib, onun yaxını Vladimir Jurakovski isə ağır yaralanıb. Bu hadisənin məhz İraqda saxlanılan şəxslər tərəfindən törədildiyi istisna olunmur. Həmin hadisədən sonra Georgi Sorokin və cinayətkar aləmdə “Monqol” kimi tanınan kriminal avtoritetlər həbs olunub.
İvanenkonun “obşaka” yığılan təxminən 6 milyon dolları mənimsədiyi üçün öldürüldüyü deyilir. (vesti.az)

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv