!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD “Bağdadi öldü” deyənləri diri-diri yandıracaq

!Reklam – Yazi

İŞİD Bağdadinin öldüyünü söyləyən bir şəxsi diri-diri yandıraraq edam edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatlar İraq mediasında böyük əks-səda doğurub. Belə ki, İŞİD nümayəndəsi terrorçuların qarşısında çıxış edərək Bağdadinin ölümünə işarə vuran sözlər deyib. Nitq söyləyən terrorçu Əbu Kuteybə Təl Afərdə canlı-canlı yandırılıb.

Bundan əlavə İŞİD Bağdadinin yaşamasına şübhə edənlərə 50 şallaq, onun öldüyünü deyənlərə isə edam cəzası tətbiq edəcəyini elan edib.

Qeyd edək ki, Bağdadinin ölməsi barədə ilk məlumatı ötən həftə Rusiyanın Müdafiə Nazirliyi vermişdi. Daha sonra isə İraqın baş naziri İbadi iddiaların doğru olduğunu və İŞİD-in çökdüyünü bildirmişdi.

Yenicag.az

www.yenicag.az

837
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv