Yazı İçi 468×60

66802Avstriyada İŞİD-ə yardın göstərməkdə təqsirləndirilən çeçen əsilli Avstriya vətəndaşının məhkəmə işi start götürüb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, yerli mətbuatın “MAQOMET “Z” adlandırdığı şübhəli ötən ilin avqust ayında həbs olunub. Prokurorluğun məlumatlarına görə, o, Suriya müharibəsində islamçıların tərəfində savaşıb və ekstrimist qruplaşmaya 691 avro məbləğində yardım göstərib.

Maqomet məhkəməyə verdiyi ifadədə günahsız olduğunu bildirib. Onun sözlərinə görə, özü Çeçenistan müharibəsini yaşamış insan kimi, qaçqınlara yardım etmək və qohumunun övladını axtarıb-tapmaq məqsədilə Suriyaya gedib. Onun 2013-cü ilin iyul ayından dekabr ayına kimi Suriyada İŞİD döyüşçüləri ilə birgə təlim keçdiyi bildirilir. Günahkar olduğu sübuta yetirilərsə onu 10 ilə qədər həbs cəzası gözləyir. Rəsmi Vyanaya görə (Suriyada) müharibə başlanandan 170-ə yaxın Avstriya vətəndaşı savaşmaq üçün Yaxın Şərqə yollanıb, onların yarıdan çox çeçen əsilli Avstriya vətəndaşlarıdır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."