İŞİD-ə qarşı hansı daha səmimidir: Rusya yoxsa Qərb?

Müəllif: Redaktor

Editor

251_788Rusiyanın Suriya məsələsində mövqeyi Qərbin mövqeyilə müqayisədə beynəlxalq hüquq normaları baxımından kifayət qədər daha ədalətlidir. Tərəflər Suriya probleminin çözümünə daha çox öz maraqları kontekstindən yanaşır. Rusiyanın mövqeyi, nə qədər beynəlxalq hüquq normalarına uyğundursa, Qərbin mövqeyi daha çox beynəlxalq hüquq normalarına deyil, beynəlxalq güclərin hüququnun tanınmasına xidmət edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşən Manafov söylədi: “Suriya ətrafında cərəyan edən proseslərdə başlıca məsələ heç də Əsədin hakimiyyətdə qalıb-qalmamasında deyil. Sadəcə olaraq, Suriya probleminin çözülməsilə bağlı məsələyə münasibətdə ABŞ, Avropa Birliyi və Türkiyənin mövqeyi Rusiya, İran və Çinin mövqeyindən kəskin fərqlənir. Tərəflərdən hər biri dünyanın bu bölgəsində öz maraqlarından çıxış edir. Rusiya anlayır ki, uzun müddət Əsəd rejiminin hakimiyyətdə qalmasını təmin etmək mümkün olmayacaq. Moskva sadəcə olaraq, keçid mərhələsi deyilən mərhələ üçün Əsəd hakimiyyətinin legitimliyinin Qərb tərəfindən tanınmasına nail olmaq istəyir. Qərb isə israrla bəyan edir ki, yalnız Əsəd hakimiyyətdən gedəcəyi təqdirdə problem öz həllini tapa bilər. Etiraf edək ki, Qərbin Suriyaya müdaxiləsindən əvvəl bu ölkədə heç bir ciddi problem yaşanmırdı. Ola bilsin insan haqları sahəsində müəyyən problemlər var. Amma Əsəd rejiminə bənzər ölkələrin hamısında bu və ya digər problemlər onsuz da vardır. Liviya xalqı müdaxilədən əvvəl maddi rifah içində yaşayırdı. Hazırda isə bu ölkədə 23 tayfa arasında tayfalararası zəmində mübarizə gedir. Qərbdə Liviya ilə bağlı problemi öz maraqları çərçivəsində həll etdi, bu ölkənin neftinə sahib oldu.

Qərb Əsədi aradan götürməklə əslində Rusiyanın buradakı son bastionuna zərbə endirməyi düşünür. Suriyada möhkəmlənməklə Qərb təbii ki, İranı hədəf götürəcək. Bu yolla da Rusiya ətrafındakı mühasirə həlqəsini tam mənada başa çatdıracaqlar. Rusiya da bunu gözəl başa düşür. Ona görə də tərəflər Suriya probleminin çözümünə daha çox öz maraqları kontekstindən yanaşır. Amma bütün dünya gördü ki, Rusiyanın İŞİD-ə qarşı mübarizəsi daha optimaldır, nəinki Qərbin. Qərb İŞİD-ə qarşı mübarizəni görüntü naminə aparır. İndi isə İŞİD-in özü Qərb üçün problemə çevrildi”.

ELÇİN



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır