!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-ə qarşı Vaşinqton-Moskva koalisiyası baş tutacaq? – Ekspert şərh edir

!Reklam – Yazi

скачанные файлы (1)Mais Gülalıyev: “Vaşinqton, Paris və Moskva arasında koalisiyanın səmimi olacağı, nəticə verəcəyi şübhə doğurur”

İŞİD-ə qarşı qlobal ittifaqın yaranması prosesi tədricən görünməyə başlayır. Bu vaxta qədər bir-birinə qarşı olan ABŞ, Rusiya, və Fransa qlobal alyansın yaranması üçün təşəbbüs göstərirlər.
Bu haqda ABŞ-ın məşhur nəşri “Wall Street Journal” yazıb.

Qəzetin məlumatına görə sözügedən 3 ölkə arasında terrorizmə qarşı əməkdaşlıq haqqında danışıqlar gedib. İddiaya görə bununla da, Vaşinqton, Moskva, və Paris daha mürəkkəb hərəkətlərin sferasına daxil olublar.

Görəsən, Parisdəki terror aktı bir-birinə kəskin ziddiyyətdə olan Qərblə Rusiya arasında İŞİD-ə qarşı mübarizədə qlobal alyansın yaranmasına gətirib çıxara bilərmi?

Politoloq Mais Gülalıyev Yenicag.az-a açıqlamasında bildirdi ki, sözügedən qüvvələr arasında hətta Paris olayından sonra da İŞİD-ə qarşı çıxmaq üçün real bir koalisiyanın yaranacağına inanmır: “Fransa, ya da Amerika İŞİD-ə qarşı koalisiya yaratmaq təklifi ilə çıxış etsə, yəqin ki, Moskva buna razı olacaq. Rusiya gözəl bilir ki, Paris olayının pərdəarxası məqsədi ABŞ başda olmaqla Qərb qüvvələrinin Suriyaya yeridilməsindən ibarətdir. Ona görə də ola bilsin Rusiya onların birgə mübarizə adı ilə təklif etdiyi istənilən formaya razılıq versin. Çünki razı olmasa, onsuz da Qərb hansısa bəhanə ilə yenə də hərbi qüvvələrini Suriyaya yeridəcək. Ancaq belə koalisiyanın yaradılmasının ümumiyyətlə Avropa tərəfindən təklif ediləcəyinə inamım yoxdur. Çünki təklif olunmaq o deməkdir ki, birgə mübarizə fonunda Qərbin hansı oyunlar oynadığı Rusiya hərbçilərinə bəlli olacaq. Qərb axı orada İŞİD-ə qarşı mübarizə aparmır. Əksinə onları texniki və informasiya baxımından dəstəkləyirlər. Belə olan halda hansı səmimiyyətlə onlar Rusiya ilə ittifaq yaradıb İŞİD-ə qarşı mübarizə aparacaqlar. Məgər bu vaxta qədər ABŞ İŞİD-ə qarşı özü mübarizə apara bilməzdi? Bunu çox rahat edə bilərdilər, amma etmədilər. Ona görə də Vaşinqton, Paris və Moskva arasında koalisiyanın səmimi olacağı, nəticə verəcəyi şübhə doğurur. Ola bilsin Rusiyaya bu istiqamətdə təklif edilsin və Moskva buna razı olsun. Lakin Qərb özü təklifin arxasınca getməyəcək. Belədə proses uzanacaq. Onların birdən-birə koalisiya düzəldib İŞİD-ə qarşı mübarizə aparacaqları inandırıcı deyil. İŞİD ona görə yaradılmayıb ki, bir günü ABŞ yenidən çoxlu miqdarda vəsaiti çöllərə atsın. Ona görə yaradılıb ki, Yaxın Şərqdə Amerikanın siyasətinə uyğun olmayan hökumətlərə qarşı mübarizə aparsın, lazım olanda hardasa terror aktı düzənləyərək Vaşinqtonun xarici siyasətinə xidmət etsin. Hazırda İŞİD-in beynəlxalq arenadan silinməsi real deyil, ABŞ buna imkan verməyəcək. Belə olan halda nədən Amerika Moskva ilə birləşərək o qüvvəni aradan götürməyə girişsin? Bu inandırıcı görünmür”.

ELÇİN

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv