www.sinerjipro.net

SinerjiProWide
Reklam

6c9b9f811fafa40a78e7d46a7e715adc“İŞİD terror qruplaşmasına qoşulmağa qərar verən, lakin bu günlərdə Türkiyə polisi tərəfindən Adana şəhərində tutulan 14 Azərbaycan vətəndaşından 4-ü gənc oğlanlar, 3-ü qadın, 7-si isə uşaqdır”.

Bunu virtualaz.org saytına açıqlamasında XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Yada salaq ki, noyabrın əvvəllərində Adanada İŞİD-ə qoşulmaq istəyən 38 əcnəbi tutulub. Onların 5-i Qırğızıstan, 14-ü Azərbaycan, 7-ci İndoneziya, 5-i İraq, 2-si Tacikistan, 3-ü İran və 2-si Əfqanıstan vətəndaşı olub. Tutulanlar arasında 15 azyaşlı uşaq da olub ki, onların da yarısı azərbaycanlılardır.

H.Hacıyevin sözlərinə görə, XİN əməkdaşları Ankaradakı səfirliklə əlaqə saxlayıb. Səfirlikdən bildirilib ki, saxlanılan şəxslərlə bağlı hələlik istintaq tədbirləri həyata keçirilir. İstintaq başa çatandan sonra Azərbaycan tərəfi bu barədə məlumatlandırılacaq.

“Terrorla mübarizə məsələsi həssas mövzu olduğu və bununla bağlı tədbirlər qapalı rejimdə həyata keçirildiyi üçün Azərbaycan səfirliyi Türkiyənin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir və bu məsələni daim diqqət mərkəzində saxlayır” – deyə Hacıyev bildirib.

O da məlum olub ki, saxlanılan azərbaycanlılar 3 ailənin üzvləridir. Hazırda onlar əcnəbilər üçün ayrılmış xüsusi təcridxanada saxlanır. Türkiyənin müvafiq qurumları onların Azərbaycana deportasiyası məsələsini nəzərdən keçirir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 80
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."