!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-ə qoşulan azyaşlı azərbaycanlı qızlardan tükürpədici müraciət – VİDEO

!Reklam – Yazi

ishidddd5 (1)Həyat yoldaşı 2 qızı ilə birlikdə İŞİD-ə qoşularaq Suriyaya qaçmış İlqar Yusifovun ailəsindən yeni xəbər var.

AzNews.az-ın məlumatına görə, İ.Yusifovun balaca qızı Lalə ona yenidən Suriyaya çağırış edən video göndərib. Belə ki, uzun müddətdir atası ilə əlaqə saxlamayan uşaq çox darıxdığını və onu görmək istədiyini bildirib. Lalə Yusifova olduqları yerə hər an bomba düşə biləcəyini, bu səbəbdən həyatını itirəcəyini də deyib.

Qızlarının həyati təhlükəsinin olduğundan qorxan İlqar Yusifov yenidən aidiyyəti qurumlara müraciət edib. Aidiyyəti qurumlardan isə heç bir reaksiya yoxdur. Bir ailənin qanunsuz olaraq ölkədən çıxarılması və terrorçu qruplaşmalara cəlb edilməsi nə polisi, nə də digər aidiyyəti qurumları maraqlandırmır. Bəllidir ki, ana və iki azyaşlı uşaq özləri qanunsuz olaraq sərhədi keçə və İŞİD-ə qoşula bilməz. Mütləq ki, onları aparan cinayətkar şəbəkə var… İlqar Yusifovun aylardır etdiyi rəsmi müraciətlərə baxılmaması göstərir ki, nəinki uşaqların ölkəyə qaytarılması, ümumiyyətlə onları aparan şəbəkənin zərərsizləşdirilməsi istiqamətində də işlər görülmür.

 

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv