İŞİD əks-hücuma keçdi: Palmira mühasirədədir

Müəllif: Redaktor

Editor

palİŞİD terror təşkilatının yaraqlıları Palmira şəhərinə hücuma keçiblər.

Yeniçağ.Az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, İŞİD yaraqlıları şəhərə 8 kilometrədək yaxınlaşıblar. Palmira yaxınlığında bir neçə yaşyış məntəqəsi və Əsəd ordusunun möhkəmləndirilmiş mövqeləri gecə hücümündan sonra İŞİD-in nəzarətinə keçib.

Xatırladırıq ki, antik şəhər Palmira 2015-ci ilin may ayında İŞİD-in nəzarətinə keçmiş, 2016-cı ilin mart ayında isə Suriya ordusu tərəfindən geri alınmışdı. Hazırda şəhər ətrafında qanlı döyüşlərin getdiyi bildirilir.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır