Yazı İçi 468×60

120428_srcABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin son iki gündə İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının mövqelərinə endirdiyi aviazərbələr nəticəsində 63 terrorçu məhv edilib.

Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən aviazərbələr Türkiyənin “İncirlik” bazasından havaya qalxan qırıcılar vasitəsilə endirilib.

Aviazərbələr İŞİD-in İraqın şimalında yerləşən mövqelərinə endirilib.

Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Elə həmin il iyunun ayının sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 59
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."