!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-in Azərbaycan planı! – Şok xəritə

!Reklam – Yazi

ışid-harita-ortaİŞİD regional təhlükə olmaqdan dünya üçün təhlükə olmaq yolunda addımlayır. Terror dövlətinin iddia etdiyi ərazilər arasında Azərbaycan da var. Yenicag.az xəbər verir ki, İŞİD-in quracağı xilafətin xəritəsində Azərbaycan Qafqaz əyalətinin bir hissəsi olaraq, göstərilir. 

Qeyd edək ki, xilafətin xəritəsində Azərbaycan da var. Afrika, Avropa və Asiyanı da əhatə edən xəritədə Azərbaycan Qafqaz əmirliyinin bir parçası olaraq göstərilir. Nəzərə alsaq ki, hələ də Dağıstan meşələrində mövcudiyyətlərini qoruyan çeçen döyüşçüləri İŞİD-ə beyət ediblər, regionda İŞİD təhlükəsini daha da aktuallaşdırır.

Xilafətin xəritəsi Uzaq Şərqə doğru, daha dəqiq desək, Çin və Hindistan sərhədlərinə kimi uzanır. Avropanın cənub –şərq hissəsini o cümlədən  Yaxın Şərq , Şimali və Cənubi Qafqaz ərazilərini əhatə edir.

Xəritədəki bölgüyə görə, xilafət 13 əyalətdən ibarətdir:

İraq- Bütün İraq və Küveyti əhatə edir

Şam- Suriya, Livan, Fələstin, Sinay yarımadası və s. ərazilər

Hicaz: Yəmən xaric, bütün Ərəbistan yarımadası

Xorasan: “Əfqanıstan, Türkmənistan, Özbəkistan, Pakistan, Qırğızıstan, Dağıstan, Tacikistan daxildir.

Kürdüstan-Əsas əraziləri Türkiyə olmaqla, Fars körfəzinə qədər uzanır.

Qafqaz-Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyənin şimalı və Ukraynanı əhatə edir.

isid_haritaAnadolu-Türkiyənin digər hissələri.

Avropa-Yunanıstan, Bolqarıstan və s.

Əndəlüs – İspaniya və Portuqaliya.

Məğrib əyaləti İŞİD ən böyük əyaləti sayılır. Afrikanın Mərakeş, Tunis, Niger, Mali, Seneqal və Mavritaniya əraizlərini əhatıə edir.

Həbəşistan- Sudan, Çad, Efiopya və Kamerunu bura aid etmək olar.

www.yenicag.az

1956
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv