Ads by Google

hightechnic
Ads by Google

120428_srcKoalisiya qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının müftisi Abu Dudcana əl-Məsri öldürülüb.

Aviazərbələr Ənbar vilayəti, Ramadi şəhərinə endirilib. Əl-Məsrinin gənc olmasına baxmayaraq o, İŞİD rəhbərliyində təmsil olunub və terror təşkilatının dini liderlərindən biri olub. Əl-Məsri ilə birgə İŞİD-in komandiri Omar Hamid əl-Asaui də qətlə yetirilib.

Əl-Masrinin əsl adı Mahmud Handur olub. 2013-cü ildə o, Qahirə də Ayn Şams universitetini bitirib. Lakin o sonradan islamçıların təsiri altına düşüb və İŞİD-ə qoşulub.

Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Elə həmin il iyunun ayının sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.(Azvision)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 76
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."