İŞİD-in Fransaya xəbərdarlığı: “Maşınlarınızı üstlərinə sürün, ya da…” – FOTO

İŞİD-in Fransaya xəbərdarlığı: “Maşınlarınızı üstlərinə sürün, ya da…” – FOTO

Müəllif: Redaktor

Editor

452035Ötən gecə Fransanın Nitsa şəhərində fərqli üsulla terror aktı törədilib. Belə ki, naməlum şəxs yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürərək 2 kilometr irəliləyib. Yük avtomobilinin altında qalaraq ölənlərin sayı 84-ə çatıb. Terror aktına görə “İslam dövləti” terror qruplaşması (İŞİD) məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobillə insanlara hücum edilməsi üsulu 2014-cü ildə İŞİD nümayəndəsi tərəfindən yayımlanan videonu ağıllara gətirib. Videoda terrorçu deyir:

“Əgər bomba, ya da güllə tapa bilmirsinizsə, cahil amerikalı, fransız və onların müttəfiqlərini tək-tək seçin. Başlarını daşla əzin, ya da onları bıçaqla öldürün. Maşınlarınızı üstlərinə sürün, ya da onları yüksək bir yerdən tullayın. Onları boğun, ya da zəhərləyin”.

Qeyd edək ki, yük maşınını idarə edən şəxs 31 yaşlı Tunis əsilli Nitsa şəhər sakini olub.

 

Dünya, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti